• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 MART 2018

Gənclər “Qadın zorakılığı” mövzusunda maarifləndirildilər

7 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Ağdaş Bilik evində “Qadın zorakılığı” mövzusunda maarifləndirici mühazirə keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün əhali arasında geniş təbliğat aparmaq, ictimaiyyətin diqqətini bu problemin ağır nəticələrinə yönəltmək idi.

İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə statistik məlumatları mühazirə iştirakçılarına təqdim etdi və cəmiyyətdə məişət zorakılığı, habelə qadın zorakılığı hallarının qarşısının alınması üçün aparılan maarifləndirmə tədbirlərinin, profilaktik işlərin daha da intensivləşdirilməli olduğunu vurğuladı. O bildirdi ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununun qəbul olunması, eyni zamanda bu istiqamətdə atılan məqsədyönlü addımlar Azərbaycan dövlətinin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Ş. Mirzəzadə erkən nikahların qadın zorakılığının əsas səbəblərindən biri olduğunu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdığını və bütün bu halların isə qadın zorakılığına şərait yaratdığını  nəzərə çatdırdı.

Mühazirənin sonunda zorakılığa məruz qalan bütün yaş kateqoriyalarından olan qadınlara tibbi, psixoloji, hüquqi yardımların göstərilməsinin vacibliyi vurğulandı. Həmçinin bildirildi ki, bu kimi hallar baş verdikdə yardım üçün Azərbaycan Uşaq Qaynar Xətt Xidməti, Zorakılıqla bağlı Uşaq Qaynar Xətti, Gənclər üçün krizis telefon xətti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmək lazımdır.