25 İYUL 2017
Qabaqcıl təcrübə səviyyəsinə nail olmaq məqsədi ilə Azərbaycan tütünlə bağlı monitorinq fəaliyyətini gücləndirdi
Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin qlobal tütün epidemiyası barədə hesabatında Azərbaycanın tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdəki uğurları qeyd olunmuşdur.
Hesabatda “Azərbaycan tədqiqatların nəticələrindən tütünlə mübarizə təşəbbüslərini dəstəkləmək üçün istifadə edir” başlıqlı xülasədə ölkəmizin tütünə nəzarət üzrə bir sıra milli tədqiqatları vurğulanmış, bu tədqiqatların Azərbaycanda tütündən istifadə səviyyəsinin azaldılması məqsədi ilə aparılan tütünlə mübarizə tədbirlərinin dəstəklənməsində, xüsusilə də tütünə dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsində rolu açıqlanmışdır.
Hesabata əsasən, tütündən istifadənin tam miqyaslı monitorinqi ilə məşğul olan ölkələrin sayı 2007-2016-cı illərdə 46-dan 76-dək yüksəlmişdir. Nəticədə, tütündən istifadəsi müvafiq qaydada monitorinq edilən dünya əhalisinin sayı 20%-dən 39%-dək artmışdır.