Qabaqcıl təcrübə səviyyəsinə nail olmaq məqsədi ilə Azərbaycan tütünlə bağlı monitorinq fəaliyyətini gücləndirdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

25 JULY 2017

Qabaqcıl təcrübə səviyyəsinə nail olmaq məqsədi ilə Azərbaycan tütünlə bağlı monitorinq fəaliyyətini gücləndirdi

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin qlobal tütün epidemiyası barədə hesabatında Azərbaycanın tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdəki uğurları qeyd olunmuşdur.

Hesabatda “Azərbaycan tədqiqatların nəticələrindən tütünlə mübarizə təşəbbüslərini dəstəkləmək üçün istifadə edir” başlıqlı xülasədə ölkəmizin tütünə nəzarət üzrə bir sıra milli tədqiqatları vurğulanmış, bu tədqiqatların Azərbaycanda tütündən istifadə səviyyəsinin azaldılması məqsədi ilə aparılan tütünlə mübarizə tədbirlərinin dəstəklənməsində, xüsusilə də tütünə dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsində rolu açıqlanmışdır.

Hesabata əsasən, tütündən istifadənin tam miqyaslı monitorinqi ilə məşğul olan ölkələrin sayı 2007-2016-cı illərdə 46-dan  76-dək  yüksəlmişdir. Nəticədə, tütündən istifadəsi müvafiq qaydada monitorinq edilən dünya əhalisinin sayı 20%-dən 39%-dək artmışdır.