• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUL 2017

İSİM-in əməkdaşları palliativ yardımla bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Moldovada təcrübə səfərindədirlər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycanda Ambulator və Stasionar Palliativ Yardım xidmətinin yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 24-26 iyul 2017-ci il tarixləri üçün Moldova Respublikasına təcrübə səfərinə ezam ediliblər. Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən bu seminar və görüşlərdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, eləcə də  İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov  iştirak edirlər.

İştirakçılara palliativ qayğı sistemi üzrə 17 illik təcrübəyə malik olan Moldovanın palliativ akkreditasiya sistemi, o cümlədən palliativ yardımla məşğul olan həkimlərin lisenziyalaşdırılması ilə bağlı məlumatlar verilib. Eyni zamanda, nümayəndələrə ölkədə artıq həyata keçirilən 3 palliativ yardım xidməti – xəstəxana daxilində stasionar palliativ yardım, hospis və evdə palliativ yardımla bağlı geniş təqdimatlar edilib.

Həmçinin iştirakçıların bir neçə hospisə və uşaqlara palliativ yardım göstərən mərkəzlərə səfərləri də nəzərdə tutulub.