Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v
Struktur vahidinin adı – İctimai sağlamlıq şöbəsi.
Vəzifə funksiyaları – ictimai sağlamlıq sahəsində sənədlərin və metodik tövsiyələrin hazırlanmasında iştirak; ictimai sağlamlıq sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılmasına dair konfranslar, seminarlar, praktik məşğələlər və keçirilən tədbirlərdə yaxından iştirak edilməsi; sorğu, məktub və müraciətlərin cavablandırılması; digər təşkilat və qurumlarla əlaqələrin qurulması; şöbənin işi ilə bağlı bütün gündəlik işlərin idarə edilməsi; şöbə müdiri olmadıqda (məzuniyyət və ezamiyyət və s.zamanı) onun əvəz edilməsi.
İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.
TƏLƏBLƏR:
Təhsil - ali tibb təhsili, səhiyyənin təşkili üzrə ixtisası olanlara, bu ixtisas üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.
İş stajı – ictimai səhiyyə üzrə 1 ildən çox; həkim ixtisası üzrə 3 il praktiki fəaliyyət.
Dilləri bilmə - azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).
Kompüter bilikləri - MS office (Word, Excel, Power Point), MS Outlook və və İnternet resurslarından sərbəst istifadə bacarıqları.
Xüsusi bacarıqlar –. auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları;, təşkilatçılıq və idarəetmə bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.
Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.
Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
CV formasını buradan yükləyə bilərsiniz.