Şöbə müdirinin müavini (həkim), Əhalinin sağlamlığı şöbəsi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

VACANCIES ALL JOBS

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – Əhalinin sağlamlığı şöbəsi.

Vəzifə funksiyaları –  ictimai sağlamlıq sahəsində  sənədlərin və  metodik tövsiyələrin hazırlanmasında iştirak; ictimai sağlamlıq sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılmasına dair konfranslar, seminarlar, praktik məşğələlər və  keçirilən tədbirlərdə yaxından iştirak edilməsi; sorğu, məktub və müraciətlərin cavablandırılması; digər təşkilat və qurumlarla əlaqələrin qurulması; şöbənin işi ilə bağlı bütün gündəlik işlərin idarə edilməsi; şöbə müdiri olmadıqda (məzuniyyət və ezamiyyət və s.zamanı) onun əvəz edilməsi.

İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

TƏLƏBLƏR:

Təhsil  - ali tibb təhsili, səhiyyənin təşkili üzrə ixtisası olanlara, bu ixtisas üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ictimai səhiyyə üzrə 1 ildən çox; həkim ixtisası üzrə 3 il praktiki fəaliyyət.

Dilləri bilmə  - azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri  -  MS office (Word, Excel, Power Point), MS Outlook  və və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar  –. auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları;, təşkilatçılıq və idarəetmə bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.