• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – Tibbi keyfiyyət standartları şöbəsi

Vəzifə funksiyaları - səhiyyədə keyfiyyətin idarə olunması sistemində normativ sənədlərin işlənilməsi və tətbiq edilməsi, o cümlədən tibbi yardım standartlarının, xəstəliklərin müalicəsi sahəsində sübutlu təbabətə əsaslanan protokolların tərtib edilməsi. İctimai sağlamlıq sahəsində sənədlərin, tövsiyələrin, layihə təkliflərinin hazırlanması, səhiyyə siyasəti ilə bağlı beynəlxalq sənədlərin öyrənilməsi. Sorğu, məktub və müraciətlərin cavablandırılması. Şöbənin fəaliyyəti ilə bağlı gündəlik işlərin yerinə yetirilməsi və şöbə müdiri olmadıqda (məzuniyyət və ezamiyyət və s. zamanı) onun əvəzedilməsi.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – ali tibb təhsili. Tibbi keyfiyyət standartları üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.   

İş stajı – ixtisas üzrə 2 ildən çox fəaliyyət.

Dilləri bilmə azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – təşkilatçılıq, auditoriya qarşısında təqdimat və ictimaiyyət qarşısında, tədbirlərdə, TV-də çıxış etmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək, özünə və işçilərə qarşı tələbkar olmaq, fəal və təşəbbüskar olmaq bacarıqları; ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarığı.  

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.

Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını buradan yükləyə bilərsiniz.