• Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Astana hosts Global Conference on Primary Health Care
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)
  • Round table devoted to promotion of breastfeeding organized in PHRC

VACANCIES ALL JOBS

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – Monitorinq və təhlil şöbəsi.

Vəzifə funksiyaları – keyfiyyətli monitorinq və təhlil aparılması üçün məlumatın müəyyən metodların istifadə edilməsi ilə toplanılması; səhiyyə xidmətlərinin keyfiyyətinin  yaxşılaşdırılması məqsədi ilə kəmiyyət və keyfiyyət göstəricilərinin hazırlanmasında iştirak; ayrı-ayrı monitorinq və təhlil üzrə fəaliyyətlərin və ümumi işin planlaşdırılması və icrası; statistik və epidemioloji təhlil göstəricilərinin təhlil edilməsi və bununla bağlı təkliflərin verilməsi; əhalinin sağlamlığına aid tədbirlərdə (aksiya, diskussiya, debat və çıxışlar) yaxından iştirak edilməsi; şöbənin fəaliyyəti ilə bağlı gündəlik işlərin yerinə yetirilməsi və şöbə müdiri olmadıqda (məzuniyyət, ezamiyyət və s. zamanı) onun əvəz edilməsi. 

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR: 

Təhsil – ali tibb təhsili. Sosial gigiyena və səhiyyənin təşkili ixtisası olanlara və ya bu ixtisas, eləcə də monitorinq və təhlil üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir. 

İş stajı – ixtisas üzrə 3 ildən çox fəaliyyət. 

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir). 

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları. CSPro, Microsoft Access və SPSS proqramlarını bilənlərə üstünlük verilir. 

Xüsusi bacarıqlar – statistik təhlil üçün yararlı proqramların, sosioloji tədqiqatların aparılması metodlarını bilməli; idarəetmə, təşkilatçılıq, auditoriya qarşısında təqdimat və çıxış etmə (ictimaiyyət qarşısında, tədbirlərdə, TV-də və s.) qabiliyyəti; rəqəmlərlə işləmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.