• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

İcraatda olan layİhələr bütün layİhələr

"Azərbaycan əhalisinin reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi" layihəsi YENİLƏNİB: 31 MART 2015

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ildə ”Azərbaycan əhalisinin reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi” dördaylıq layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin texniki dəstəyi ilə həyata keçirilir.

Layihədə 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az maarifləndirici elektron portalının resurslarından istifadə nəzərdə tutulmuşdur. Həmin portal xəstəliklərin profilaktikası və sanitar savadlılığın yüksəldilməsi ilə bağlı ən aktual məsələlər üzrə əhalinin məlumatlandırılması üçün yaradılmışdır. UNFPA ilə birgə tətbiq olunan layihənin vəzifəsi isə həmin resurslardan istifadə edilməklə əhalinin reproduktiv sağlamlıq problemləri haqqında məlumatlılığının artırılması, ana sağlamlığı ilə bağlı davranışın risk faktorlarının azaldılması, reproduktiv yaşlı qadınların antenatal, perinatal və postnatal xidmətlər üçün vaxtında müraciət edilməsinin vacibliyi haqqında məlumatlandırılması, eləcə də selektiv abortlar və gender zorakılığı ilə bağlı spesifik məsələlərin işıqlandırılmasıdır.

Layihə çərçivəsində www.saglamliq.isim.az elektron portalına mütəmadi olaraq elmi-sübutlu təbabətin mötəbər faktlarına əsaslanan ən yeni müasir tövsiyələr əlavə ediləcək. Bundan ötrü layihədə UNİCEF, UNFPA, ÜST, CDC, NİCE və reproduktiv sağlamlıq, ailə planlaşdırılması və gender zorakılığının profilaktikası sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materialları istifadə edilərək, azərbaycan dilinə tərcümə olunacaq və uyğunlaşdırılacaq.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Rauf Məmmədov

ƏLAQƏ: [email protected]