İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Finlandiyanın “Duodecim” cəmiyyətindən əldə edilmiş klinik təlimat və protokolların tərcüməsinin keyfiyyətinin artırılması zərurətilə tibbi terminalogiyanın dürüstləşdirilməsi və standartlaşmasının təmin edilməsi YENİLƏNİB: 25 NOYABR 2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti (Duodecim Medical Publications Ltd.) arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalanıb. Nəzərdə tutulan işin icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Beləliklə, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokolun azərbaycanlı həkimlərin istifadəsi üçün Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulub.

Qeyd edək ki, dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər və artıq onların sırasına  azərbaycanlı həkimlər də qoşulurlar.

Məlum olduğu kimi, dünya tibb elminin yeni məlumatlarının həcmi sürətlə artır və müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil. Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və  tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir.

24 dekabr 2018-ci ildə Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu. Azərbaycan istifadəçiləri www.ebmg.az portalına daxil olaraqsübutlara əsaslanan tibbi təlimatlarla tanış ola bilərlər.

Tibbi protokollarla yanaşı, portalda sübutlara əsaslanan Cochrane Library, MedLine, PubMed beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazılmaları, dermatoloji və göz xəstəliklərinin 1400-dən çox şəkilləri və təsviri Azərbaycan istifadəçilərinə təqdim olunur.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Nabil Seyidov

ƏLAQƏ: [email protected]