• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycanda əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğu YENİLƏNİB: 26 DEKABR 2014

2014-cü ilin noyabr ayında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkədə əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi məqsədi ilə ilkin səhiyyə səviyyəsində “exit-poll” üsulu ilə pasiyentlər  arasında sorğu həyata keçirilmişdir. Sorğu Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının “Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi” barədə 26-cı (28.3) bəndinin icrası məqsədi ilə təşkil olunmuşdur.

Sorğunun aparılması üçün respublikanın şimal, cənub, şimal-qərb və cənub-şərq istiqamətlərində yerləşən şəhər və rayonlar seçilmişdir. Sorğuda Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında ümumilikdə ilkin səhiyyə müəssisələrinə (poliklinikalar) müraciət etmiş 500 pasiyent iştirak etmişdir.

Sorğu vərəqəsinin əsasını Demoqrafiya və Sağlamlıq Sorğusunun sorğu vərəqəsi və digər ölkələrdə tibbi xidmətlərin göstərilməsi keyfiyyətindən əhalinin məmnunluğu üzrə araşdırmalarda istifadə olunan sorğu vərəqələri təşkil etmişdir. Sorğu vərəqəsi pilot olaraq Bakı şəhərində sınaqdan keçirilmışdir. Sorğunun aparılması üçün hər birində 1 supervayzer və 2 intervüyer olan 5 qrup təşkil edilərək təlimləndirilmişdir.

Sorğu zamanı pasiyentlərin sosial-demoqrafik xüsusiyyətləri, tibb müəssisəsinə müraciətlərin səbəbləri, tibbi yardımın əlçatan olması, tibb personalının peşəkarlığı, həkim-pasiyent münasibətləri, əhalinin tibbi yardımın keyfiyyətindən məmnun qalması, tibbi yardım məsələlərinə dair məlumatlı olması və pasiyentin hüquqlarına dair məlumatlar toplanılmışdır. Pasiyentlərin sorğuda iştirakı tamamilə anonim, məxfi və könüllü olmuşdur.

Dekabrın 26-da Səhiyyə Nazirliyi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, İSİM, şəhər poliklinikaları və “Tibb qəzeti”nin nümayəndələrinin iştirakı ilə “Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğunun nəticələrinin açıqlanması” mövzusunda keçirilmiş dəyirmi masada sorğunun yekun hesabatı ictimaiyyətə açıqlanıb və müzakirələr aparılıb. Tədbir iştirakçıları əhali ilə əks əlaqənin qurulması və gücləndirilməsi, əhalinin səhiyyə xidmətləri barədə məlumatlandırılması və bu xidmətlərlə bağlı əhalinin rəyinin mütəmadi şəkildə öyrənilməsi və təhlili, habelə öz sağlamlıqlarına insanların məsuliyyətli yanaşmasının təbliği sahəsində işlərin davam olunmasının vacibliyini qeyd etdilər.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Lütfi Qafarov

ƏLAQƏ: [email protected]