Bakı və Xızı məktəblərində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu yekunlaşdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 APREL 2017

Bakı və Xızı məktəblərində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu yekunlaşdı

2017-ci il aprelin 11-dən etibarən Bakı şəhəri və Xızı rayonunda tam orta məktəblərin  5, 7 və   9-cu sinif şagirdlərinin cəlb olunduğu “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna yekun vuruldu.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə olaraq, pilot layihə çərçivəsində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” ilə bağlı sorğu aparılır. Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında, xüsusi olaraq Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılmış 60-dan çox sualdan ibarət Azərbaycan və rus dillərində anketlər hazırlanıb.

 “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olunan sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

Bakı və Xızı məktəblilərinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə aparılan sorğudan artıq maraqlı ilkin nəticələr əldə olunub. Ümumilikdə isə, pilot sorğuda 1350 şagirdin iştirakı nəzərdə tutulur. Sorğu tamamlandıqda, əldə edilmiş məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompyuter proqramı vasitəsi ilə aprel ayının sonunda təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq. Sorğunun nəticələri Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.

Qeyd edək, sorğu 18-21 apreldə Sumqayıt şəhər məktəblərində aparılacaq.