İSİM-in nümayəndələri “Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 APREL 2017

İSİM-in nümayəndələri “Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirak etdilər

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində  11 aprel 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirildi. “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri Nabil Seyidov və Tofiq Musayev iştirak etdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlandı. Bakı şəhərinin siqaret satılan ticarət obyektlərində tütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri  tədbir iştirakçıları tərəfindən müzakirə edildi.  

Tədbirdə çıxış edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün hədsiz zərərlidir: “Statistikaya görə, bu gün yeniyetmələrin 7 faizi, qadınların 1 faizi siqaret çəkir, lakin adı çəkilən qrupların 49 faizi öz evlərində tütün tüstüsünün zərərinə məruz qalır”. Mütəxəssis tütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğuladı.