• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 APREL 2017

İSİM-də 7 aprel – Ümümdünya Sağlamlıq Günü qeyd olundu

7 aprel 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 7 aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) bu ilki sağlamlıq günü mövzusu “Depressiya” olaraq müəyyənləşdirilib. Bu səbəbdən, İSİM-in psixoloqu Aysel İsgəndərli “Günümüzün problemi - Depressiya” mövzusu ilə Mərkəzin əməkdaşları üçün təqdimat etdi. Mütəxəssis bildirdi ki, Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Oturaq həyat tərzi fiziki passivlik yaratmaqla dünyada geniş yayılmış depressiyanın yaranmasına da səbəb olur. Dünyada depressiyanın ən effektiv profilaktika metodlarından biri olan fiziki aktivlikdir. Bu problemin aktuallığını nəzərə alaraq dövlət tərəfindən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” planı qəbul olunub. Həmin planda isə əhaliyə sağlam həyat tərzini aşılamaq üçün fiziki aktivliyin vacibliyi vurğulanıb. Bundan əlavə İSİM-in mütəxəssisləri Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Televiziyasının və İctimai Televiziya kanalının səhər verilişlərində qonaq qismində çıxış edərək problem barədə əhaliyə ətraflı məlumat verdilər.