İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü ilə əlaqədar tədbir keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 APREL 2017

İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü ilə əlaqədar tədbir keçirildi (FOTO)

6 aprel 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə İslam Universitetində “6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş maarifləndirici mühazirə təşkil etdi.

Tədbirdə İSİM-in əməkdaşı Elnarə Nuriyeva tələbələrə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğuladı. O, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs etdi. Natiq həmdə qeyd etdi ki, müasir dövün tələblərinə uyğunlaşaraq gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayrılır. Günlərinin əksər hissəsi passivlikdə, oturaq şəraitdə keçir, bu da öz növbəsində, yaşından, saqlamlıq durumundan asılı olmayaraq orqanizmdə problemlər yaradır, müxtəlif xəstəliklərin emələ gəlməsinə yol açır.

Tədbirdə həmçinin qeyd olundu ki, aktiv həyat tərzi ürək-damar sisteminin, skeletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklərin riskinin azaldılmasına səbəb olur. E.Nuriyeva İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər barədə qısa məlumatı da tədbir iştirakçıları ilə bölüşdü.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş mühazirə gənclərin sağlam həyat tərzi haqda məlumat əldə etmələrinə yönəlmişdi.

Tədbirin sonunda iştirakçılar İSİM tərəfindən hazırlanmış fiziki aktivliyin faydalarından bəhs edən maarifləndirici materiallarla tanış oldular, daha sonra onları maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.