• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

1 MART 2017

Ümumdünya İmmunitet gününə həsr olunmuş dəyirmi masa keçirildi

1 mart 2017-ci il tarixdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Səhiyyə Nazirliyinin  Mətbuat Xidməti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 1 mart – Ümumdünya İmmunitet gününə həsr olunmuş tədbir keçirildi.

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən təşkil olunan dəyirmi masada KİV-ləri və onlar vasitəsiylə ictimaiyyəti uşaqların dispanzerizasiyası barəsində məlumatlandırmaq məqsədi daşıyırdı. Tədbirdə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikalarının həkimləri Azərbaycanda uşaqların icbari dispanserizasiyasının uğurla həyata keçirilməsi barədə ətraflı məlumatlar verildi, statistik göstəricilər açıqlandı.

Tədbir iştirakçılarına uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, Dövlət Proqramının mahiyyəti və əsas hədəfləri haqda iştirakçısı Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev danışdı. Baş pediatr dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlər haqda jurnalistlərə məlumat verdi. O, xatırlatdı ki, 2013-cü ilin aprelində ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanda “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanun təsdiq olunaraq qüvvəyə minib və bu qanuna əsasən ölkəmizdə uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər. “Azərbaycanda, region ölkərərinin heç birində olmayan, bele bir qanunun qəbulu və icrası gələcəyimiz olan uşaqların sağlamlığına göstərilən diqqətin nümunəsidir və bu da dövlətimizin sosial yönümlü siyasətindən irəli gəlir”, - deyə N.Quliyev bildirdi. Tədbirdə həmçinin qeyd edildi ki, uşaqların sağlamlığının qorunması üçün əhali, valideynlər uşaqların icbari dispanserizasiyasına daha məsuliyyətli yanaşmalıdırlar.

Tədbirin sonunda KİV nüməyəndələrin sualları cavablandırıldı və İSİM tərəfindən uşaqların icbari dispanserizasiyası mövzusunda hazırlanmış maarifləndirici materiallar paylanıldı.