• İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində KİV üçün dəyirmi masa keçirildi (FOTO)
  • İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

15 NOYABR 2016

İSİM-in direktoru 9-cu Avropa İctimai Səhiyyə konfransında iştirak etdi

2016-cı ilin 9-12 noyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində “Hamı sağlamlıq üçün, sağlamlıq hamı üçün” şüarı altında 9-cu Avropa İctimai Səhiyyə (AİS) konfransı keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin də üzv olduğu Avropa İctimai Səhiyyə Assosiasiyası (AİSA), Avstriya İctimai Səhiyyə Dərnəyi və Avstriya İctimai Səhiyyə Birliyinin (AİSB) birgə fəaliyyəti nəticəsində təşkil olunan konfransda AİSA-nın üzvləri və tərəfdaşları arasında geniş miqyaslı görüşlər keçirildi.

4 gün davam edən və 1700 ekspertin qatıldığı konfransın əsas məqsədi Avropada səhiyyənin və təhsilin yaxşılaşdırılmasına dair səyləri artırmaq, ictimai səhiyyə ilə bağlı debatlar keçirmək, eləcə də səhiyyə və sağlamlıq xidmətləri sahəsində informasiya mübadiləsini, təlimlərin təşkilini, həmçinin tədqiqatçılar, siyasətçilər və iştirakçılar üçün müzakirə və mübadiləyə yararlı bir platforma yaratmaq idi.

Konfransda Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil etdi.

Tədbir zamanı Avropada ictimai səhiyyə sahəsində təhsil səviyyəsinin artırılması, ölkələr arasında geniş miqyaslı əməkdaşlığın yaradılmasının vacibliyi, birgə əməkdaşlığın zəruriliyi müzakirə olundu. Ümumilikdə, konfrans tərəfdaş ölkə nümayəndələrinin görüşləri, ictimai səhiyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi, uğurlu təcrübələri ilə bölüşmələri üçün geniş imkan yaratdı.