2 NOYABR 2016
İSİM-də yenidoğulmuşların reanimasiyası üzrə təlimlər başa çatdı
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri (neonatloq və pediatlarlar) üçün keçirilən “Neonatal Reanimasiya” üzrə təlimlər artıq başa çatdı. Ümumi hesabla 5 və hər biri iki günlük olmaqla keçirilən təlimlərdə 30-a yaxın regional doğuşayardım müəssisələrində çalışan 60 tibb işçisi iştirak etdi. Təlimləri uğurla başa vuran iştrakçılara müvafiq sertifikatlar təqdim olundu.
Xatırladaq ki, təlimlərin məqsədi regionların doğuşayardım müəssisələrində çalışan tibb işçilərinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək istiqamətində bilik və bacarıqları artırmaq idi. Təlimlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıqda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin həkim-metodisti Nahidə Mahmudova tərəfindən aparılırdı.
Təlimlər Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planı”nın 3.2.6. bəndinə əsasən 2016-cı ilin oktyabr və noyabr aylarında “Kənd yerlərinin ucqar yaşayış məntəqələrində səhiyyə xidmətlərinə əlçatanlığın artırılması” layihəsinə əsasən icra olundu.