İSİM-in əməkdaşları Moskvada keçirilən "Qeyri-infeksion xəstəliklər üzrə kompleks müşahidələr" adlı təlimdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 SENTYABR 2016

İSİM-in əməkdaşları Moskvada keçirilən "Qeyri-infeksion xəstəliklər üzrə kompleks müşahidələr" adlı təlimdə iştirak etdilər

26-27 sentyabr 2016-cı il tarixində Rusiya Federasiyanın paytaxtı Moskva şəhərində "Qeyri-infeksion xəstəliklər üzrə kompleks müşahidələr" adlı təlim keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun və QİX-in inteqrasiya olunmuş epidemioloji nəzarət üzrə siyasət Akademiyasının (CİNDİ) təşkilatçılığı ilə həyata keçirilən bu təlimdə Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və Təhlil şöbəsinin  müdiri Qəhrəman Haqverdiyev və həmin şöbənin meneceri Samir Mehdiyev təmsil etdilər.

İki gün davam edən təlimdə iştirakçılara qeyri-infeksion xəstəliklərə (QİX) nəzarət və kompleks tədbirlərin görülməsində ölkələr arasında geniş miqyaslı əməkdaşlığın yaradılmasının vacibliyi vurğulandı. Gündən-günə artan QİX-in yükü artıq bütün dünya ölkələrində dövlət siyasətinin əsas yükünə çevrildiyi bir vaxtda, QİX-ə səbəb olan risk amillərinə qarşı mübarizə aparmaq üçün bütün dünya ölkələrinin birgə əməkdaşlığının zəruriliyi qeyd olundu.

Təlim zamanı QİX-in profilaktikası və nəzarəti sahəsində əldə olunan nailiyyətlərdən gələcəkdə strateji qərarların qəbul olunmasında, bu sahədə aparılan tədqiqatların düzgün istifadə mexanizmlərinin yaradılması, xəstəliklərin hərtərəfli və dəqiq analizi və  ölüm saylarının müəyyənləşdirməkdə tətbiqi metodikaları müzakirə olundu.

Tədbir zamanı iştirak edən ölkələrin səhiyyə qurumlarının nümayəndələri, ÜST-nin əməkdaşları QİX-ə dair inteqrasiya olunmuş monitorinq sistemlərinin və QİX üzrə epidemioloji nəzarətin gücləndirilməsi müzakirəsini apardılar, iştirakçılarla ölkələrdə bu istiqamətlərdə əldə edilmiş təcrübələrini bölüşdülər.