• “Siqaret alma! Alma al!” aksiyasına start verildi (FOTO)
  • "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)
  • “Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

22 AVQUST 2016

Respublikada palliativ yardım xidmətinə olan ehtiyaclar öyrəniləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək. Palliativ yardım xidməti dedikdə əlillərə, ahıllara, ağır yataq xəstələrinə, zəiflərə və zərərə məruz qalmış insanlara, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulan pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və onların ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulur. 

Araşdırmanın aparılması məqsədi ilə 2016-cı ilin avqust ayından başlayaraq İSİM-in mütəxəssisləri tərəfindən paytaxtda və 7 iqtisadi regionun (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalı və bu xidmətdən bəhrələnə biləcək xəstələr və onların yaxınları müəyyən edilərək sorğuya cəlb ediləcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcəkLayihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır. Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq. 

Araşdırmanın nəticələrinə əsaslanaraq müvafiq tövsiyələrlə hesabatın hazırlanması və Səhiyyə Nazirliyinin müvafiq qurumlarının, ictimai təşkilatların və digər maraqlı mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur. 

İlin sonuna kimi davam edəcək bu fəaliyyət “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.