4 AVQUST 2016
ÜST-yə Azərbaycan üzrə növbəti hesabat təqdim edildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə növbəti hesabat ÜST-yə təqdim edildi.
Azərbaycan tərəfindən təqdim edilmiş hesabat barədə məlumatı Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin Hesabat və Məlumat İdarəsinin rəhbəri Dr Tibor Szilagyi ÜST-nin Çərçivə Konvensiyasının rəsmi facebook və twitter səhifələrində paylaşdı.
Məlumatda, xüsusilə də Azərbaycan Respublikasının Reklam haqqında Qanunu ilə tütün və tütün məmulatlarının bütün növlərinin reklamının qadağan edilməsi Azərbaycanın nailiyyətlərindən biri kimi vurğulandı, eyni zamanda İSİM tərəfindən 2015-ci il mayın 31-dən etibarən start verdiyi “Hər günün tütünsüz olsun!” adlı davamlı onlayn aksiyasından nümunəvi fotoşəkil təsvir edildi.