• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

15 İYUL 2016

İSİM-in əməkdaşı MEK-də maarifləndirmə məqsədilə keçirilən tədbirdə çıxış etdi

15 iyul 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı həkim-metodist Nərgiz Kərimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) maarifləndirmə məqsədilə təşkil olunmuş tədbirdə qadın orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar haqda məlumat verdi.  

Kitabxana işçiləri və digər iştirakçıların qatıldığı bu tədbir "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq reproduktiv sağlamlıq barədə maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təşkil olunmuşdu.

Tədbir iştirakçılarına həyatın bütün mərhələlərində “Qadının reproduktiv sisteminə hormonların təsiri” və “Qalxanabənzər vəzin qadın sağlamlığında rolu" mövzuları ətrafında mühazirələr oxundu.

Qadınların sağlamlığında maarifləndirmə işinin vacib olduğunu söyləyən natiq yeniyetmə yaşlarda, hamiləlik zamanı və klimaks dövründə qadının endokrin sistemində baş verən pozulmaların səbəbləri və əlamətlərindən danışaraq,  vaxtında aparılan profilaktik tədbirlərin yaranmış xəstəliyin müalicəsindən həm maddi, həm də mənəvi cəhətdən daha asan olduğunu vurğuladı.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və onları maraqlandıran məqamlarla bağlı diskussiyalar aparıldı.