Ana və uşaqların sağlamlığının qorunması naminə fəaliyyət davam etdirilir (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

21 APREL 2016

Ana və uşaqların sağlamlığının qorunması naminə fəaliyyət davam etdirilir (FOTO)

2016-cı il aprelin 19-dan etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrakı həyat dəstəyi” mövzusunda təlimlərə başlanılıb. Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universiteti ilə birlikdə keçirilən təlimlərdə həkimlər və tibb bacıları iştirak edirlər. “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrakı həyat dəstəyi” proqramı problemli doğuş sonrası 5 yaşa qədər olan uşaqlar üzərində həyata keçirilir.

Aprelin 22-dək davam edəcək təlimlərdə təlimçi qismində türkiyəli mütəxəssislərlə yanaşı, İSİM-in mütəxəssisləri Şəhla İsmayılova və Nahidə Mahmudova çıxış edirlər. Təlimlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq və “Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi çərçivəsində həyata keçirilir.

“Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi Türkiyə Respublikası Başnazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılmasının dəstəklənməsi məqsədilə 2014-cü ildən etibarən həyata keçirilir.

Layihə çərçivəsində 2014 və 2015-ci illərdə neonatal reanimasiya üzrə təlimlər keçirilib. Təlimlərlə yanaşı, geniş ictimaiyyəti məlumatlandıracaq broşür, afişa və internet banner yayımı ilə dəstəklənən kampaniya ilə regionları da əhatə edən genişmiqyaslı maarifləndirmə işi aparılıb. Layihə çərçivəsində həmçinin “Əmizdirmə məsləhətçiliyi” və “Körpələrdə eşitmə testi” təlim proqramları həyata keçirilib. Təlimlərdə həkimlər, tibb bacıları, mamalar və könüllülər iştirak ediblər.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.