İSİM-in nümayəndəsi Səhiyyə sahəsində Elm, Texnologiya və İnnovasiyada əməkdaşlıqla bağlı beynəlxalq konfransda iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

21 APREL 2016

İSİM-in nümayəndəsi Səhiyyə sahəsində Elm, Texnologiya və İnnovasiyada əməkdaşlıqla bağlı beynəlxalq konfransda iştirak etdi

2016-cı il aprelin 19-20-də Macarıstanın paytaxtı Budapeştdə “Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının Səhiyyə sahəsində Elm, Texnologiya və İnnovasiyada əməkdaşlıq” proqramı çərçivəsində tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə konfrans keçirildi. Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov iştirak etdi.

Konfransda 2014-2016-cı illərdə proqrama əsasən görülmüş işlər müzakirə edildi, Avropa Birliyinin “Horizon-2020” proqramı çərçivəsində növbəti 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulan elmi tədqiqatlar və araşdırmalar, innovasiyaların səhiyyə sektorunda tətbiqi məsələləri müzakirə edildi. Həmçinin Macarıstan, Ukrayna, Belarus, Hollandiya, Fransa, Gürcüstan, Moldova, Polşa, İtaliya və Yunanıstanın universitetləri, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edərək Azərbaycanla potensial əməkdaşlıq ideyaları da müzakirə edildi.

Konfrans zamanı İSİM-in nümayəndəsi Nabil Seyidov “Azərbaycanda ictimai səhiyyədə tədqiqatlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi panel-müzakirədə ekspert qismində iştirakçılara səhiyyə sektorunda elmi tədqiqatların perspektivləri, Azərbaycanın elmi-tədqiqat müəssisələrinin potensiallarına dair faydalı məlumatlar verdi.

“Horizon-2020” proqramı Avropa Birliyi tərəfindən təsis edilmiş və 2014-2020 illər üzrə Şərq tərəfdaşlığı ölkələrində elm, texnologiya və innovasiyaların inkişafı üçün olan böyük proqramdır.