• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 DEKABR 2015

İSİM tərəfindən səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi sahəsində aparılmış araşdırmanın nəticələri açıqlandı

2015-ci il dekabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Məqsəd səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi sahəsində İSİM tərəfindən aparılmış araşdırmanın nəticələrini açıqlamaq və fikir mübadiləsinin aparılması idi. Dəyirmi Masada Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi və İSİM-in nümayəndələri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov aparılan araşdırmaların səhiyyə sisteminin səmərəli işləməsi, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün böyük məlumat mənbəyi rolunu oynadığını vurğuladı.

“Səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda aparılmış araşdırmanın nəticələri ilə iştirakçıları İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova tanış etdi. T.Cəmilovanın sözlərinə görə,  araşdırmanın aparılması üçün indikatorlar ÜST-nin məlumatlarına əsasən müəyyənləşdirilmişdi. Təhlil isə əsasən Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən əldə olunmuş məlumatlara əsaslanır. Məruzəçi səhiyyədə əsaslı islahatların aparılmasının vacibliyini və hesabata görə tibb xidmətlərinin göstərilməsinin əlçatanlıq baxımından kifayət qədər yaxşı olduğunu xüsusi vurğuladı.