• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

20 NOYABR 2015

İSİM-də “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım” üzrə təlimlərə başlanıldı

2015-ci il noyabrın 19-20-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım” (ALSO) üzrə təlim keçirildi. Təlim Amerika Ailə Həkimləri Akademiyasının "Advanced Life Support in Obstetrics" (ALSO) kursunun keçirilməsinə icazə lisenziyası əsasında aparılıb. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə keçirilən bu təlimdə Bakı şəhərinin doğuşayardım müəssisələrində çalışan mama-ginekoloqlar və mamalar iştirak etdilər.

Təlim iştirakçıları hamilə qadınlarda baş verə bilən ekstremal vəziyyətlərdə vaxtında və peşəkar tibbi yardımın göstərilməsi istiqamətində bilik və bacarıqlar əldə etdilər. Eləcə də peşəkar tibbi yardımın göstərilməsi üçün səmərəli komanda işinin qurulması qaydalarına yiyələndilər.

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinə əsasən keçirilən təlimi ETMGİ-nin əməkdaşları olan sertifikatlaşdırılmış təlimçilər apardı. Təlimlər noyabrın 26-27-də, dekabrın 3-4-də, 10-11-də və 17-18-də növbəti qruplar üçün davam edəcək.