Azərbaycanda ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” üzrə tanışlıq seminarlarına başlanıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

4 NOYABR 2015

Azərbaycanda ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” üzrə tanışlıq seminarlarına başlanıldı

2015-ci il noyabrın 2-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə NEAR-MISS CASE REVIEW metodikasının (“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”) tətbiqi üzrə tanışlıq seminarlarına başladı. Sumqayıt Şəhər Səhiyyə İdarəsində keçirilən seminarda Sumqayıt şəhəri 1 və 2 saylı Doğum Evlərinin rəhbər şəxs, həkim-ginekoloq, həkim-anestezioloq, mama və doğuşda yardım göstərən tibb bacıları iştirak etdilər. İSİM-in mütəxəssisləri Teymur Hüseynov və Afət Məmmədova tərəfindən keçirilən seminarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” barədə ətraflı məlumat verildi. Həmçinin bu metodikanın Azərbaycanda doğuşayardım tibb müəssisələrində tətbiqinin vacibliyi nəzərə çatdırıldı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədini daşıyan növbəti tanışlıq seminarları Bakı, Gəncə, Mingəçevir, Naxçıvan, Şəki və Qubanın seçilmiş doğum evlərində keçiriləcək.

NEAR-MISS CASE REVIEW metodikasının tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də, ilk seminar isə oktyabrın 6-8-də İSİM-də təşkil olunub. 2015-ci il oktyabrın 24-də isə Respublika Perinatal Mərkəzində bu metodikanın sınaqdan keçirilməsi ilə bağlı görüş təşkil edilib. Maraqlı və faydalı müzakirələrlə yadda qalan görüşdə İSİM-in mütəxəssisləri iştirak ediblər. Artıq Respublika Perinatal Mərkəzində NEAR-MISS CASE REVIEW metodikasının tətbiqi prosesinə başlanılıb. Metodikanın Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi də planlaşdırılır.