Azərbaycanda ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” üzrə ilk seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

8 OKTYABR 2015

Azərbaycanda ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” üzrə ilk seminar keçirildi

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Bununla yanaşı, mama-ginekoloqlar hələ də ciddi mamalıq ağırlaşmaları ilə üzləşirlər. Əksər inkişaf etmiş ölkələrdə həmin ağırlaşmaların araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış NEAR-MISS CASE REVIEW metodikası (“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”) tətbiq olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə həmin metodika üzrə ilk seminarı 2015-ci il oktyabrın 6-8-də təşkil etdi. Seminarda Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğum evləri, eləcə də xəstəxanalarının doğum şöbələrinin rəhbərləri və multidistiplinar komandaları iştirak etdilər. Seminarın keçirilməsində məqsəd səhiyyənin təşkili səviyyəsində mamalıq praktikasında kritik hadisələrin auditini tətbiq etmək üçün ana və uşaq sağlamlığının mühafizəsi sahəsində mütəxəssislərin potensialının gücləndirilməsi idi.

Seminar ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçiləri Qelmüs Şüpşinskas və Kanat Suxanberdiyev tərəfindən keçirildi. Seminarda ÜST-nin audit prinsip və metodologiyası ilə bağlı məlumat verildi, səhiyyə müəssisələri səviyyəsində mamalıq praktikasında kritik hadisələrin təhlili aparıldı. İştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqları mənimsədilər. Seminarda həmçinin metodikanın pilot tətbiqinin nəticələri təqdim edildi, əldə edilmiş nailiyyətlər, problemlər, öyrənilmiş nəticələrə nəzər salındı. Eləcə də Azərbaycanda doğuşayardım müəssisələri səviyyəsində kritik hadisələrin auditini tətbiq etmək üçün tədbirlər planlaşdırıldı. İştirakçılar seminar sayəsində əldə etdikləri bilikləri qrup işlərində tətbiq etdilər.

Seminarın nəticəsi kimi, NEAR-MISS CASE REVIEW metodikasının Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bu metodikanın tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də İSİM-də təşkil olunmuşdu.

Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.