14 OKTYABR 2015
İSİM səhiyyədə idarəetmə və səhiyyə menecerlərinin hazırlanması istiqamətində layihə həyata keçirir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ilin iyul ayından etibarən Azərbaycan Tibb Universiteti (ATU) ilə birgə “Səhiyyədə idarəetmə və səhiyyə menecerlərinin hazırlanması” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 3.1-ci bəndinin 6-cı hissəsinin (Səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və səhiyyə menecerlərinin hazırlanması) icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.
Layihə zamanı qarşıya qoyulmuş əsas vəzifə ATU ilə əməkdaşlıq çərçivəsində beynəlxalq təcrübə və standartlara əsaslanaraq rezidentura pilləsi üçün Səhiyyədə idarəetmə üzrə tədris planı və təlim-tədris materiallarının tərtib edilməsidir. Tədris planı və təlim-tədris materiallarının hazırlanması məqsədilə İSİM və ATU tərəfindən müvafiq ekspertlər cəlb olunub, əvvəlki milli və beynəlxalq təcrübə öyrənilib. Bu təcrübə əsasında səhiyyədə idarəetmə və səhiyyə menecerlərinin hazırlanması üzrə tədris planının ilkin versiyası tərtib edilib, lazımı ədəbiyyat siyahısı İSİM və ATU-nun mütəxəssisləri tərəfindən təsdiqlənib.
Bu ilin sonunadək tədris planının yekun variantı və Səhiyyə Menecmenti (səhiyyədə idarəetmə) üzrə ilk dərs vəsaitinin hazırlanması planlaşdırılıb.