İSİM həkimlər üçün NEAR-MISS CASE REVIEW seminarlarının təşkilinə başladı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

2 OKTYABR 2015

İSİM həkimlər üçün NEAR-MISS CASE REVIEW seminarlarının təşkilinə başladı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ilin sonuna kimi NEAR-MISS CASE REVIEW (NMCR) (hamiləlik və mamalıq ağırlaşmalarının tədqiqi) mövzusunda seminarların keçirilməsini nəzərdə tutub. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və İSİM-in mütəxəssisləri tərəfindən keçirilən bu seminarlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"nın Azərbaycanda doğuşa yardım tibb müəssisələrində tətbiqi məqsədilə keçiriləcək və həmin yanaşmaya dair tanışlıq xarakteri daşıyacaq.

ÜST-nin "ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"nın tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də İSİM-də təşkil olundu. Tədbirlərdə bu metodikanın praktik tətbiqinin zəruriliyi vurğulandı: “Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Bununla yanaşı, mama-ginekoloqlar hələ də ciddi mamalıq ağırlaşmaları ilə üzləşirlər. Əksər inkişaf etmiş ölkələrdə həmin ağırlaşmaların araşdırılması üçün ÜST-nin NEAR-MISS CASE REVIEW metodikası tətbiq olunur.”

Həmin metodika üzrə birinci seminar İSİM-də oktyabr ayının 6-8 tarixlərində ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçilər tərəfindən keçiriləcək.

Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.