“Sifilisin diaqnostika və müalicəsi üzrə klinik protokol” Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

5 İYUN 2015

“Sifilisin diaqnostika və müalicəsi üzrə klinik protokol” Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) hazırlanmış növbəti klinik protokol Səhiyyə Nazirliyinin Kollegiyasının 21 may 2015-ci il tarixli 23 saylı qərarı ilə təsdiq edildi.

Qabaqcıl tibb mütəxəssislərinin tərtib etdiyi “Sifilisin diaqnostika və müalicəsi üzrə klinik protokol” həkim-dermatoveneroloqlar, mama-ginekoloqlar, pediatrlar, nevroloqlar, psixiatrlar, kardioloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar, terapevtlər, uroloqlar, infeksionistlər üçün nəzərdə tutulub. Klinik protokol sifilisli xəstələri və onlarla təmasda olan şəxsləri əhatə edir.

Protokol sifilis zamanı aparılan müalicə və diaqnostika tədbirlərinin və dərman vasitələrinin spektrinin beynəlxalq standartlarına uyğunlaşdırılması üzrə sübutlu təbabətə əsaslanan tövsiyələrin verilməsi məqsədini daşıyır. Bu protokol müəyyən tibbi müdaxilənin effektivliyi ilə bağlı ən etibarlı elmi məlumatlar əsasında tərtib olunub.

“Sifilisin diaqnostika və müalicəsi üzrə klinik protokol” xüsusi tibbi müdaxilələrin səmərəliliyi ilə əlaqədar olan ən etibarlı elmi məlumatlar əsasında tərtib olunub. Protokolun hazırlanmasında ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz (Centers for Disease Control and Prevention, CDC), Avropa Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz (European Centre for Disease Prevention and Control), Böyük Britaniya Cinsi Sağlamlıq və İİV Assosiasiyası (British Association for Sexual Health and HIV), Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kimi mənbələrin tədqiqatlarının nəticələrindən istifadə edilib.

Hazırda İSİM-də həmin protokolun nəşr üçün hazırlanması üzrə işlər aparılır.