“Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və müalicəsi üzrə klinik protokol” Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

3 İYUN 2015

“Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və müalicəsi üzrə klinik protokol” Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) hazırlanmış növbəti klinik protokol Səhiyyə Nazirliyinin Kollegiyasının 21 may 2015-ci il tarixli 23 saylı qərarı ilə təsdiq edildi.

Qabaqcıl tibb mütəxəssislərinin tərtib etdiyi “Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və müalicəsi üzrə klinik protokol” ilkin səhiyyə sahəsində işləyən sahə həkimləri, ailə həkimləri və həkim-psixiatrlar üçün nəzərdə tutulub. Klinik protokol obsessiv-kompulsiv pozuntuları olan pasiyent qrupunu əhatə edir.

Protokol obsessiv-kompulsiv pozuntuların diaqnostika və müalicəsinin təkmilləşdirilməsi, erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi, müəyyən olunmuş psixopatoloji simptomların aradan qaldırılması, bu simptomlarla olan xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması üzrə sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.

“Obsessiv-kompulsiv pozuntuların diaqnostika və müalicəsi üzrə klinik protokol” xüsusi tibbi müdaxilələrin səmərəliliyi ilə əlaqədar olan ən etibarlı elmi məlumatlar əsasında tərtib olunub. Protokolun hazırlanmasında Amerika Psixiatriya Assosiasiyası (American Psychiatric Association), Kanada Psixiatriya Assosiasiyası (Сanadian Psychiatric Association), Böyük Britaniyanın Sağlamlıq və Keyfiyyətli Tibbi Yardım Dövlət İnstitutu (National Institute for Health and Clinical Excellence, NICE) kimi mənbələrin tədqiqatlarının nəticələrindən istifadə edilib.