İSİM-in nümayəndəsi “Qeyri-infeksion xəstəliklərin profilaktikasında və əhalinin sağlamlığının gücləndirilməsində ölkə, regional və bələdiyyə səviyyələrində sektorlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masada iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 MAY 2015

İSİM-in nümayəndəsi “Qeyri-infeksion xəstəliklərin profilaktikasında və əhalinin sağlamlığının gücləndirilməsində ölkə, regional və bələdiyyə səviyyələrində sektorlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masada iştirak etdi

Dəyirmi masanın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği və qeyri-infeksion xəstəliklərin risk faktorlarının profilaktikasında sektorlararası mexanizmlərin müzakirəsi idi. Müzakirə “Bütün strategiyalarda səhiyyə maraqlarının nəzərə alınması” adlı Helsinki Bəyannaməsi və “Bütün strategiyalarda səhiyyə maraqlarının nəzərə alınması prinsipləri: nailiyyətlər və problemlər” adlı ölkələrin fəaliyyəti üzrə rəhbər vəsait əsasında aparıldı.

2015-ci il mayın 27-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Qeyri-infeksion xəstəliklərin profilaktikasında və əhalinin sağlamlığının gücləndirilməsində ölkə, regional və bələdiyyə səviyyələrində sektorlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada ÜST-nin əməkdaşları, Rusiyanın aparıcı mütəxəssisləri, MDB ölkələrinin nümayəndələri iştirak etdilər.

Dəyirmi masada MDB ölkələrində əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası üzrə proqramın işlənib hazırlanmasında Helsinki Bəyannaməsinin prinsiplərinin verdiyi töhfənin əhəmiyyəti diqqətə çatdırıldı. Həmçinin MDB ölkələrində qeyri-infeksion xəstəliklərin profilaktikası proqramının işlənib hazırlanmasında mövcud sektorlararası əməkdaşlıq təcrübəsindən söhbət açıldı.

MDB-yə üzv ölkələrin nümayəndələri əhalinin sağlamlığının inkişafı istiqamətində milli, regional, bələdiyyə səviyyələrində yaradılan imkanlar və çətinlik yaradan amillərlə bağlı müzakirələr apardılar. “Bütün strategiyalarda səhiyyə maraqlarının nəzərə alınması” adlı Helsinki Bəyannaməsi“Bütün strategiyalarda səhiyyə maraqlarının nəzərə alınması prinsipləri: nailiyyətlər və problemlər” adlı ölkələrin fəaliyyəti üzrə rəhbər vəsaitin həyata keçirilməsində ÜST-nin rolu vurğulandı.

Sonda MDB ölkələrində Helsinki Bəyannaməsinin həyata keçirilməsinin monitorinqi üzrə Ölkələrarası Əlaqələndirmə Şurasının formalaşmasının əhəmiyyəti nəzərə çatdırıldı.

Milli səviyyədə ürək-damar xəstəlikləri ilə mübarizə ili çərçivəsində mayın 28-29-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Qeyri-infeksion xəstəliklər və Rusiya əhalisinin sağlamlığı” mövzusunda Ümumrusiya elmi-praktik konfransı keçirildi. Konfransda səhiyyənin müxtəlif sahələri üzrə mütəxəssislər, elmi işçilər, səhiyyə təşkilatçıları və digər ixtisaslı nümayəndələr iştirak etdilər.

Elmi-praktik konfransda əsas diqqət Rusiyada tibbi profilaktika, o cümlədən qan dövranı sistemi xəstəlikləri ilə bağlı əldə olunmuş nailiyyətlər və ən aktual məsələlərə yönəldildi. Mütəxəssislərin bir arada toplaşmasının məqsədi xroniki qeyri-infeksion, eləcə də ürək-damar, bronxopulmonal, onkoloji xəstəliklərin profilaktikası və erkən aşkarlanması məsələlərinin işgüzar mühitdə müzakirəsi idi.

Konfrans ərzində tibbi profilaktikanın aktual problemlərinə həsr olunmuş plenar müzakirələr və müşavirələr təşkil edildi. Həmçinin ənənəvi olaraq, gənc alimlərin müsabiqəsində ölkənin gənc mütəxəssislərinin ən yaxşı işləri təqdim olundu. Konfrans çərçivəsində Tibbi profilaktika üzrə profilli Komissiyanın Rusiyanın Səhiyyə Nazirliyinin Ümumi tibbi təcrübə üzrə profilli Komissiyası ilə birgə geniş iclası da keçirildi. İştirakçılar uğurlu işi sayəsində konfransın Rusiyada tibbi profilaktikanın gələcək inkişafına töhfə verəcəyinə ümid bəslədiklərini vurğuladılar.

Hər iki tədbirin təşkilatçıları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və Rusiya Federasiyasının “Səhiyyənin Təşkili və İnformasiyalaşdırılması üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu” Federal Dövlət Büdcə Təşkilatı idi. Tədbirlərdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi. T.Musayevin ““Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” mövzusunda təqdimatı iştirakçıların marağına və müzakirəsinə səbəb oldu.