• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 MART 2015

İSİM-in nümayəndəsi Türkiyədə keçirilmiş Beynəlxalq Tütünə Nəzarət Simpoziumunda Azərbaycanı təmsil etdi

Tütün əleyhinə uğurlu addımlar atan Türkiyə tütünə nəzarət üzrə regionda lider ölkədir. Türkiyə dünyada insanları tütün tüstüsündən qorumaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) MPOWER adlı tütünlə mübarizə tədbirlər kompleksinin bütün tələblərini hərtərəfli həyata keçirən ilk ölkə olub. Bu gün Türkiyədə Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası və onun maddələrinin Rəhbər Prinsipləri yüksək səviyyədə tətbiq edilir. Bu ölkədə 2014-cü ildə Azərbaycanın da iştirak etdiyi “Tütün və Sağlamlıq” üzrə 6-cı Avropa Konfransı keçirilib. Məhz bu baxımdan və görülən tədbirlərin davamı kimi, 2015-ci il martın 24-26-də Türkiyənin Ankara şəhərində ABŞ-ın Milli Sağlamlıq İnstitutları və Milli Xərçəng İnstitutu, Türkiyənin Tütün və Alkoqol Satışını Tənzimləyən Təşkilatı, ÜST və Türkiyənin Hacettepe Universitetinin İctimai Səhiyyə İnstitutunun birgə təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq Tütünə Nəzarət Simpoziumu keçirildi. Simpoziumun keçirilməsində məqsəd ABŞ, Türkiyə və regional tütünə nəzarət üzrə mütəxəssislər və hökumət nümayəndələrinin əməkdaşlığı ilə Türkiyədə, eləcə də qonşu regionda tütünə nəzarət tədqiqatlarına dəstək vermək idi.

Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, İran, İordaniya, Kosovo, Moldova, Rumıniya, Serbiya, Türkiyə və ABŞ nümayəndələrinin iştirak etdiyi simpoziumda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi.

Simpoziumun açılış mərasimində ÜST, ABŞ-ın Milli Xərçəng İnstitutu və Milli Sağlamlıq İnstitutları, Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyi və digər mötəbər təşkilatların nümayəndələri çıxış etdilər. Simpozium ərzində Türkiyədə tütünə nəzarətin inkişaf mərhələləri, “Tütünçəkmədən imtinaya dair milli proqram”, “Tütünə nəzarət proqramında nəzərdə tutulmuş gələcək addımlar və çağırışlar” mövzularında məruzələr dinlənildi. Bundan əlavə, “Tütün epidemiyasının 50 ili – ABŞ təcrübəsi”, bu təcrübə sayəsində çıxarılmış nəticələr, tütünün zərərləri ilə siyasi, hüquqi və elmi çərçivədə mübarizə yollarından söhbət açıldı.

Simpoziumda ölkə nümayəndələri həmçinin tütün məmulatlarının qablaşdırılması, sağlamlığa dair xəbərdarlıqlar, tütün məmulatlarının, o cümlədən elektron siqaretlərin satışına dair məhdudiyyətlər ilə əlaqədar bilik və təcrübə mübadiləsi apardılar. Azərbaycanda tütünlə mübarizə istiqamətində son illərin nailiyyətləri barədə İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin təqdimatı maraqla qarşılandı.

Panel müzakirələrdə tütünə nəzarət istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı, tövsiyələr dinlənildi, gələcək addımlar müəyyənləşdirildi.