19 FEVRAL 2015
Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində Bakıda keçirilmiş təlimçilər üçün təlim kursunun iştirakçılarına sertifikatların təntənəli təqdimat mərasimi keçirildi
“Reproduktiv sağlamlığın tədrisi və təbliği” proqramı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqram çərçivəsində 2015-ci il fevralın 19-da Təhsil Nazirliyinin iclas zalında Bakıda Akademik Zərifə Əliyeva adına Liseydə keçirilmiş təlimçilər üçün təlim kursunun iştirakçılarına sertifikatların təntənəli təqdimat mərasimi keçirildi. Mərasimdə respublika tabeli lisey və gimnaziyaların biologiya və həyat bilgisi fənlərini tədris edən 22 müəllimə təlimdə müvəffəqiyyətlə iştirak etdiklərinə görə “Təlimçilər üçün təlimçi” sertifikatları təqdim olundu.
Sertifikatların təqdimat mərasimində Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov, Pilot layihələrlə iş üzrə sektorun müdiri Rüfət Əliyev, İSİM-in mütəxəssisləri Səbinə Babazadə və Nabil Seyidov, “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova və proqram rəhbəri Ruhanə Əhmədova proqramın uğurları və inkişaf perspektivləri barədə iştirakçılara geniş məlumat verdilər.
Proqramın uğurla həyata keçirildiyini nəzərə çatdıran tədbir iştirakçıları gələcəkdə tədris müəssisələrində oğlanlar və qızlara ayrı-ayrılıqda sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı biliklərin aşılanacağını vurğuladılar.