Moskvada “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Avropada tam həyata keçirilməsinə yönəldilmiş Tədbirlər Planı” üzrə texniki məsləhətləşmə müşavirəsi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

26 FEVRAL 2015

Moskvada “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Avropada tam həyata keçirilməsinə yönəldilmiş Tədbirlər Planı” üzrə texniki məsləhətləşmə müşavirəsi keçirildi

2015-2020-ci illərdə “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının Avropada tam həyata keçirilməsinə yönəldilmiş Tədbirlər Planı”ndan əsas gözləntilər Avropa regionunu tütündən asılılıqdan, tütündən istifadə ilə bağlı xəstəlik və ölüm hallarından azad etməkdir. Tədbirlər Planının missiyası “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi tempinin sürətləndirilməsidir. Bu plan əsasında “Sağlamlıq – 2020: XХI əsr üçün Avropa siyasəti və strategiyasının əsasları” siyasətindən irəli gələn öhdəliklər dayanır. Bu plan həmçinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası, 2013-2020-ci illərdə Qeyri-infeksion xəstəliklərin profilaktikası və nəzarəti üzrə Qlobal fəaliyyət planı, Qeyri-infeksion xəstəliklərin profilaktikası və nəzarəti üzrə Avropa strategiyasına uyğunlaşdırılacaq.

Tədbirlər Planının ilkin layihəsinin texniki səviyyədə müzakirəsi və ölkə nümayəndələrindən məlumatın əldə edilməsi məqsədilə 2015-ci il fevralın 24-25-də Rusiyanın paytaxtı Moskvada texniki məsləhətləşmə müşavirəsi keçirildi. “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Avropada tam həyata keçirilməsinə yönəldilmiş Tədbirlər Planı” üzrə müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdilər. ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi müşavirədə Rusiya Federasiyasının Səhiyyə nazirliyinin, ÜST-nin Avropa Regional Bürosunun nümayəndələri də iştirak etdilər.

Müşavirədə “Vəziyyətin təhlili: 2013-cü ilin dekabr ayında Aşqabaddan 2015-ci ilin sentyabr ayında Regional Komitəyədək”, “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”nın qüvvədə olmasının 10 illiyi: uğurlar və əldə edilən nailiyyətlər, gözləntilərlə bağlı təqdimatlar maraqla qarşılandı. Tədbirlər Planı nöqteyi-nəzərdən Rusiyada tütünlə mübarizədə həyata keçirilən layihələrə nəzər salındı. 2025-ci ilə kimi Avropa regionunda tütündən istifadənin yayılma tendensiyası üzrə müzakirələr aparıldı. Tütündən imtinaya dair hədəfə çatmaq üçün vacib addımlar işlənildi. Ölkə nümayəndələri Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı təcrübələrini bölüşdülər.

Müşavirədə ÜST-nin Avropa Regional Bürosu ilə dövlət nümayəndələri arasında tütünə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektləri üzrə ikitərəfli müzakirələr təşkil olundu. Çərçivə Konvensiyasının reallaşdırılması üçün fəaliyyət və mümkün siyasətin aparılması məqsədilə daha təfərrüatlı Tədbirlər Planının hazırlanıb tamamlanması üçün şərh və tövsiyələr dinlənildi. Tədbirlər Planının növbəti layihəsində ölkə səviyyəsində bütün mümkün təcrübənin, yeni və əvvəl daxil edilməyən məlumatların əks etdirilməsi qərara alındı.