• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

4 DEKABR 2014

İSİM-in məsul əməkdaşları reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində təhsil işçiləri üçün təlim keçdilər

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatı reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı həyata keçirir. Proqram çərçivəsində Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil Problemləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində reproduktiv sağlamlıq, ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili, tam orta məktəblərin şagirdləri, müəllimləri, psixoloqları, habelə valideynlər üçün maarifləndirmə və tədris işlərinin həyata keçirilməsini planlaşdırır.

Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Proqram çərçivəsində 2014-cü il noyabrın 29-30-u - dekabrın 1-i Bakı şəhəri 6 nömrəli məktəb-liseydə təşkil edilmiş reproduktiv sağlamlıqla bağlı təlim kursu keçirilib. Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və tam orta məktəblərin əməkdaşları üçün təşkil olunmuş üç günlük kursu uğurla başa vuran 29 təhsil işçisinə sertifikatlar təqdim edilib.

Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, İSİM-in məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.

Yeniyetmələrin reproduktiv sağlamlığının tədrisi və təşviqinə dair növbəti təlimlərin 8-10 dekabr tarixində İSİM-də keçirilməsi nəzərdə tutulur. Təlimçilər üçün keçiriləcək təlimlərdə Təhsil Nazirliyinin təlimatçıları iştirak edəcəklər.