• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

11 NOYABR 2014

­İSİM-in mütəxəssisləri tərəfindən “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və hə­yata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində təlimlər keçirildi

2014-cü il oktyabrın 21-dən etibarən BMT-nin Əhali Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində hər biri 3 gün olmaqla, 3 təlim keçirildi. İlk təlimdə Sabirabad, Saatlı, İmişli, Füzuli, Ağcabədi, Beyləqan rayonlarından olan baş həkimlər, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, növbəti təlimlərdə isə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak etdilər. Təlimin keçirilməsində məqsəd fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirmək idi. Təlimi İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov apardılar.

Son illərdə artan təbii fəlakətlərə, eləcə də digər fövqəladə hadisələrə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunmasının ictimai səhiyyəni narahat edən aktual məsələlərdən hesab edildiyini vurğulayan təlimçilər təqdimatlar üzrə geniş məlumat verdilər: “Fövqəladə hallar zamanı düşərgələrdə ölüm və xəstəliklərin əksəriyyəti reproduktiv sağlamlığın zəifliyi nəticəsində baş verir. Minimal İlkin Xidmətlər Paketinin məqsədlərinə tammiqyaslı əlaqələndirmə, cinsi zorakılıq hallarına qarşı cavab tədbirləri və onların aradan qaldırılması, yeni doğulmuş uşaqların, anaların xəstələnməsi və ölüm hallarının qarşısının alınması, İİV-ə yoluxmanın azaldılması istiqamətində proqramların həyata keçirilməsi daxildir.”

Təqdimatlarda o cümlədən fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq (CRS) üzrə tədbirlər, fövqəladə hallarda CRS-nin əlaqələndirilmə mexanizmlərindən söhbət açıldı. Həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri barədə ətraflı məlumat verildi. Təlim ərzində fövqəladə hallar zamanı ana və yenidoğulmuşların sağlamlığı, ailə planlaşdırılması, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası İİV və CYYİ sahəsində kompleks proqramlar kimi mövzularda da təqdimatlardan sonra iştirakçıların sualları ətrafında fikir mübadiləsi aparıldı.