İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin ikinci təlimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

16 MAY 2014

İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin ikinci təlimi keçirildi

2014-cü il mayın 12-dən 16-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin ikinci təlimi (əsas kurs) keçirildi. Diplomdansonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə tibb təhsili verən müəllimlərin immunoprofilaktika sahəsində potensialının artırılması məqsədini daşıyan təlim layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvləri Lütfi Qafarov və Səbinə Babazadənin fasilitatorluğu ilə aparıldı.

Layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvü Lütfi Qafarov İmmunlaşdırma üzrə Qlobal Alyansının Azərbaycan hökuməti ilə əməkdaşlığı, bu əməkdaşlıq çərçivəsində Azərbaycanda orta tibb işçilərini təkmilləşdirilmə sisteminin gücləndirilməsi, ilkin səhiyyə səviyyəsində işləyən orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması prosesi barədə məlumat verdi. Diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılmasının vacibliyini vurğulayan L.Qafarov immunoprofilaktika üzrə yeni modulun hazır olduğunu bildirdi.

“Fəal tədris üsulları” mövzusunda məruzə edən müstəqil ekspert Nabil Seyidov son dövrlərdə geniş istifadə olunan təlim üsullarından, tədris prosesində mövzuların tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün bu üsulların tətbiqinin səmərəliliyindən söhbət açdı.

Təlim ərzində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi İradə Əhmədova layihə çərçivəsində immunoprofilaktika üzrə hazırlanmış 20 mövzu üzrə təqdimat etdilər.

Təqdimatlar əsasında test tapşırıqları və “rol oyunları” ilə iştirakçıların qazandıqları biliklər təcrübədə tətbiq edildi.

Təlimi uğurla keçmiş iştirakçılara sertifikatlar təqdim olundu.