İSİM-də “Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi” nəticələrinin təqdimatı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 APREL 2014

İSİM-də “Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi” nəticələrinin təqdimatı keçirildi

Ölkədə ailə təbabətinin tətbiqi məqsədi ilə AR Səhiyyə Nazirliyi tərəfindən 2009-cu ildən rayon və kənd yerlərində “ailə həkimi” vəzifəsi yaradılıb. Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin dəstəyi ilə ailə təbabəti üzrə master-trenerlər Türkiyənin Hacettepe Universitetində 3 aylıq təlim keçib, həmin həkimlər və tibb bacıları 2010-cu ilin yanvarından xüsusi hazırlanmış proqram əsasında Azərbaycanın bütün rayonlarında ailə həkimi vəzifəsində çalışacaq həkimlər və tibb bacıları üçün təlimlər aparıblar.

2013-cü ilin noyabr-dekabr aylarında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ailə təbabətinin tətbiqinə dair araşdırma həyata keçirilib. Təhlil mərkəz və rayon (Abşeron, Şəki, Qax, Ağdaş, İsmayıllı) səviyyəli maraqlı tərəfləri, ailə həkimlərini və onların pasiyentlərini əhatə edib.

2014-cü il aprelin 25-də İSİM-də “Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi”nə dair təqdimat keçirildi. Məqsəd Azərbaycanda ailə təbabətinin tətbiqindən bu günə kimi vəziyyətin, inkişaf dinamikasının, mövcud nailiyyətlərin və problemlərin öyrənilməsi idi.

Tədqiqatın əhəmiyyətini vurğulayan İSİM-in direktoru Ceyhun Məmmədov ailə təbabəti ilə bağlı aparılan tədqiqat barədə təhlilin nəticələrinin 2008-ci ildə keçirilmiş eyniadlı sorğu nəticələri ilə müqayisəsinin edilməsinə imkan yaradacağını bildirdi.

Daha sonra İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova “Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi”nə dair təqdimatında təhlilin məqsədlərini nəzərə çatdırdı: “Maraqlı tərəflərin təhlili müəyyən siyasətə və ya proqrama cəlb olunmuş, yaxud onun təsirinə məruz qalan müxtəlif tərəflərin maraqlarının sistematik qiymətləndirilməsinə və nəzərə alınmasına imkan verən bir alətdir.”

Tədqiqatın təşkili istiqamətləri, müsahibə alətləri, respondentlərin ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etdikdə əhalinin üzləşdiyi problemlər və ilkin səhiyyə xidməti sisteminin 5 meyar üzrə effektiv olub-olmaması ilə bağlı cavabları özündə əks etdirən təqdimat maraq doğurdu.

Təqdimatda 59 mərkəz və rayon səviyyəli maraqlı tərəf, 20 ailə həkimi və 314 pasiyent arasında aparılan müsahibələr zamanı toplanılmış ailə təbabətinin ən effektiv modeli, ailə təbabətinin tətbiqi istiqamətində görülmüş işlər, ailə təbabətinin tətbiqinin üstünlükləri və çatışmayan cəhətləri, fəaliyyət istiqamətində tövsiyələr barədə məlumatlar da verildi.

Təqdimatın sonunda suallar əsasında maraqlı müzakirələr oldu, təkliflər dinlənildi.