İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təlimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 APREL 2014

İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təlimi keçirildi

2014-cü il aprelin 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təliminə (əsas kurs) start verildi. Təlimin keçirilməsində məqsəd diplomdansonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə tibb təhsili verən müəllimlərin immunoprofilaktika sahəsində potensialının artırılması idi.

Təlimi giriş sözü ilə açan layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvü Lütfi Qafarov Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansının Azərbaycan hökuməti ilə 15 illik əməkdaşlığından bəhs etdi: “Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda lazımi peyvəndlər aparılıb, səhiyyə sisteminin gücləndirilməsi istiqamətində 2012-ci ilin oktyabrından layihənin birinci məqsədinin vəzifəsi olan diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi, ilkin səhiyyə səviyyəsində işləyən orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması prosesinə başlanılıb.”

Məqsədin icrası üçün İşçi Qrupun yaradıldığını, təlim və seminarların keçirildiyini vurğulayan L.Qafarov artıq immunoprofilaktika üzrə yeni modulun hazır olduğunu nəzərə çatdırdı.

Layihənin eksperti İsa Əliyev beş günlük təlim ərzində təqdim olunacaq modullarda Azərbaycan qanunvericiliyində səhiyyə ilə bağlı dəyişikliklərin, dünya təcrübəsinə əsasən yeniliklərin əks olunduğunu bildirdi: “Bu modullar orta tibb işçilərinin həm nəzəri, həm də praktik baxımdan biliklərinin artırılmasına yardım edəcək.”

2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva son illərdə səhiyyədə aparılan islahatların müsbət nəticələrindən bəhs etdi: “Bu islahatların həyata keçirilməsində Səhiyyə Nazirliyinin, o cümlədən İSİM-in fəaliyyətini xüsusi vurğulamaq lazımdır. İSİM tərəfindən hazırlanmış və sübutlu təbabətə əsaslanan 75-ə qədər klinik protokolun yerlərdə tətbiqi tibb təhsili verən müəllimlərə yeni məlumatları çatdırır.”

Azərbaycanda tibb işçilərinin həm nəzəri, həm də praktik bilik səviyyələrinin artırılması məqsədilə onların təkmilləşdirmə kurslarına cəlb edilməsindən, səhiyyə mütəxəssislərinin sertifikasiyasından söhbət açan D.Məmmədəliyeva diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırdı.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva layihə çərçivəsində 20 mövzu üzrə materialların hazırlandığını və təlim ərzində hər mövzu üzrə təqdimatların olacağını bildirdi. Daha sonra immunlaşdırmanın əsas məqsədləri, milli siyasət və immunlaşdırma təqvimi barədə məlumat verildi.

Layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvləri Lütfi Qafarov və Səbinə Babazadənin fasilitatorluğu ilə aparılan təlimin növbəti günlərində Afaq Əliyeva və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi İradə Əhmədovanın təqdimatında “Azərbaycanda immunoprofilaktika pasportunun tətbiq edilməsi, immunoprofilaktika tədbirlərinin fərdi qaydada elektron qeydiyyatının təmin edilməsi”, “Dövlət tibb müəssisələrində peyvənd otağı işinin təşkili”, “Peyvənd işinin planlaşdırılması və monitorinqi”, “Ölkədə istifadə olunan peyvəndlər” və digər mövzular üzrə iştirakçılar məlumatlandırıldılar.

Həmçinin vərəm, hepatit B, poliomielit, qızılca, parotit, məxmərək və pnevmokokk əleyhinə vaksinin xüsusiyyətləri, saxlanılma şərtləri, vaksinasiyaya əks-göstərişlər, vaksinin təhlükəsizliyi və peyvənddən sonra baş verən reaksiya və ağırlaşmalar barədə geniş məruzələr dinlənildi. Təlim iştirakçıları o cümlədən pasiyent və valideynlərlə kommunikasiyanın qurulmasında vacib biliklərə yiyələndilər.

Təlim ərzində qazanılmış biliklərin təcrübədə tətbiqi məqsədilə keçirilən “rol oyunları”nda vəziyyətin təhlili və nəticələri müəyyənləşdirildi. Eləcə də iştirakçıların təlimdən qazandıqları biliklərin yoxlanılması üçün test tapşırıqları həll edildi.

Təlim kursunu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olundu.