• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

4 APREL 2014

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

7 aprel – Ümumdünya Sağlamlıq Günü kimi 1950-ci ildən etibarən qeyd edilir.

Dünya ölkələrində, eləcə də Azərbaycanda bu gündə ictimaiyyətin diqqəti səhiyyənin prioritet sayılan problemlərindən birinin əhəmiyyətinə yönəldilir və problemin həllinə yardım göstərmək üçün maraqlı tərəflər bir araya gətirilir, silsilə görüşlər, tədbirlər keçirilir. 2014-cü ildə “Kiçik sancma – böyük təhlükənin mənbəyidir” şüarı altında keçirilən bu günün əsas müzakirə hədəfi transmissiv xəstəliklərin profilaktikasıdır. Transmissiv xəstəliklərə törədiciləri insan və heyvan orqanizminə buğumayaqlılar vasitəsilə keçən yoluxucu, eləcə də parazitar xəstəliklər aiddir. Bunlara malyariya, qarayara, sarı qızdırma, tulyaremiya, taun və s. aiddir.Transmissiv xəstəliklərdən letallıq (ölüm halları) və epidemiya təhlükəsi yüksək olduğundan onların törədicilərindən bioloji (bakterioloji) silahın hazırlanmasında istifadə oluna bilər. Transmissiv xəstəliklərin qarşısını almaq mümkündür. Bu xəstəliklərin profilaktikası insanların həyatını xilas edə, bu xəstəliklərin yarada biləcəyi təhlükələrdən qurtara bilər. Təhlükəsiz qida və içməli suya, sanitariyaya və digər sağlam yaşayış şəraitinə əlçatanlığın olmadığı hallarda yayılan transmissiv xəstəliklərlə, adətən, əhalinin maddi vəziyyəti aşağı olan və immuniteti zəif təbəqəsi xəstələnir. Hər il 1 milyarddan çox insan transmissiv xəstəliklərlə xəstələnir, 1 milyondan çox insan isə bu xəstəliklərdən vəfat edir.

Bu il Ümumdünya Sağlamlıq Günündə dünya əhalisinin diqqəti 2012-2020-ci illərin vəzifə və məqsədləri irəli sürülmüş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2011-ci il “Unudulmuş tropik xəstəliklərlə mübarizə məqsədləri, bu xəstəliklərin ləğvi və aradan qaldırılmasının yol xəritəsi” adı altında olan sənədində ifadə edilmiş əsas strategiyalara – yoluxucu infeksiyalarla mübarizəyə, təhlükəsiz suya, sanitariyaya əlçatanlığın artırılmasına cəlb edir və sağlam olmağa çağırır!