İSİM-də “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində təqdimat keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUN 2013

İSİM-də “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində təqdimat keçirildi

2013-cü il iyunun 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam Gələcək naminə fiziki aktiv ol!” layihəsi çərçivəsində Mərkəzin əməkdaşları üçün “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında təqdimat keçirildi. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İSİM, “Gənclərin İnkişafı” İctimai Birliyi və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək olaraq həyata keçirilir.

Nəzərə alsaq ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda insanlar daha çox oturaq həyat tərzi sürür, bu da nəticədə qeyri-infeksion xəstəliklərin (QİX) inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. Layihənin əsas məqsədi əhali arasında fiziki aktiv olmağı təbliğ etməklə QİX-in qarşısının alınmasıdır.

Təqdimatda fiziki passivliyin risk faktorlarının dünyada baş verən ölüm hadisələrinin ən əhəmiyyətli risk faktorlarından dördüncüsü olduğu qeyd edildi. Həmçinin fiziki aktivliyin həm işəgötürənlər, həm də işçilər üçün faydaları haqqında ətraflı məlumat verildi. Daha sonra iştirakçılar iş yerlərindən ayrılmadan fiziki aktiv olmaq üçün bir neçə sadə hərəkət öyrəndilər.

Sonda iştirakçılara maarifləndirici nəşrlər paylanıldı və Mərkəzdə fiziki aktivliyin təbliğatı məqsədilə xüsusi fitnes zalının yaradılması təklif olundu.