İSİM-in əməkdaşları “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində AR DİN-in Polis Akademiyasının müdavimləri ilə görüşdə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2013

İSİM-in əməkdaşları “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində AR DİN-in Polis Akademiyasının müdavimləri ilə görüşdə iştirak etdi

BMT-nin Əhali Fondunun (UNFPA) strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara hazırlıq sahələrində İSİM ilə əməkdaşlığı çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində məlum olub ki, DİN-in şəxsi heyəti və müdavimləri üçün Polis Akademiyasında fövqəladə hallara hazırlıqla bağlı mütəmadi təkmilləşdirmə təlimləri keçirilir. Həmin təlim proqramı ilə tanışlıqdan sonra reproduktiv sağlamlıq komponentinin proqrama daxil edilməsi üzrə təkliflərin layihə tərəfindən hazırlanaraq DİN-ə təqdim olunması və məqsədəuyğun hesab edilərsə, təlimçilərə bu mövzuda təlimlərin keçirilməsi nəzərdə tutulub.

2013-cü il iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.2.4.2-ci bəndinin (Fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi) 1-ci hissəsinə müvafiq olaraq (Səhiyyə sahəsində fövqəladə halların idarə edilməsinin gücləndirilməsi məqsədilə müvafiq qurumların işinin təkmilləşdirilməsi) AR DİN-in Polis Akademiyasının müdavimləri ilə görüşdə iştirak etdi. Görüşün keçirilməsində məqsəd fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması barədə məlumatlılığın artırılması idi.

Giriş sözü ilə çıxış edən AR DİN-in Polis Akademiyasının Tibb xidmətinin Tibb-sanitariya hissəsinin rəisi polkovnik-leytenant Sərdar Əliyev iştirakçıları salamladı və görüşün keçirilmə məqsədini nəzərə çatdırdı.

İSİM-in əməkdaşları Teymur Hüseynov və Səbinə Babazadə layihə haqqında ətraflı məlumat verdi. Məruzəçilər MİXP-nin beynəlxalq aləmdə işlənməsinin tarixçəsi, UNFPA-nın regional təşəbbüsü, ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyi və UNFPA-nın strateji əməkdaş tərəfi qismində İSİM-in 2013-cü il üçün iş planından söhbət açdı.

AR DİN-in Tibb xidmətinin baş inspektoru polkovnik-leytenant Gülnarə Kərimova gələcəkdə mövzu ilə əlaqədar təlimlərin keçirilməsində maraqlı olduqlarını və əməkdaşlığın qurulmasına müsbət rəy verildiyini diqqətə çatdırdı. O cümlədən nazirliklər/idarələrarası koordinasiya əlaqələrinin saxlanılması üçün məqsədəuyğun əməkdaşlıq formalarından bəhs edildi.

Nazirliyin heyəti mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti olan qurumları ilə əlaqəli işin daha yaxşı qurulmasına nail olmaq üçün MİXP haqda daha yaxından məlumatlandırıldı və gələcək addımlar müəyyən edildi.