Millət vəkili Qənirə Paşayevanın Azərbaycan dilinə tərcümə etdiyi Allen Karrın “Siqaretdən asan xilas olmanın yolu” kitabının təqdimat mərasimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2013

Millət vəkili Qənirə Paşayevanın Azərbaycan dilinə tərcümə etdiyi Allen Karrın “Siqaretdən asan xilas olmanın yolu” kitabının təqdimat mərasimi keçirildi

2013-cü il mayın 31-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Millət vəkili Qənirə Paşayevanın Azərbaycan dilinə tərcümə etdiyi Allen Karrın “Siqaretdən asan xilas olmanın yolu” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), gənclər təşkilatları nümayəndələri, gənclər və KİV-in təmsilçiləri də iştirak etdilər.

Bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Kitabın hazırlanmasının bir sosial layihə olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva nəşr siqareti tərgitmək istəyən insanların özünə də kömək edə bilər deyə vurğuladı. Yeni nəşrdə aşırı siqaret çəkən şəxsin zamanla bu yoldan necə azad olması açıq-aşkar şəkildə öz əksini tapıb. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bu zərərli vərdişdən necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması önəmlidir.

İSİM-in direktoru Ceyhun Məmmədov tütün əleyhinə görülən hər bir işin önəmli olduğunu vurğulayaraq, Mərkəz tərəfindən bu istiqamətdə görülən bir sıra tədbirlərdən söz açdı. Ceyhun Məmmədov həmçinin İSİM tərəfindən ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün nəzərdə tutulan “Tütünçəkmədən imtina etmə üzrə kliniki protokol” hazırlandığı, “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının maddələrinin Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə olunduğunu və digər maarifləndirici materialların hazırlandığı haqqında da məlumat verdi.

Qeyd edək ki, Azərbaycanca yayımla bağlı müəllif hüquqlarını rəsmən almış ictimai birlik, “Siqaretdən asan xilas olmanın yolu” kitabının bu yeni nəşrini, Azərbaycan kitabxanalarına, mədəniyyət və səhiyyə müəssisələrinə, Gənclər Evlərinə, Gənclər təşkilatlarına pulsuz paylayacaq.

Tədbirin sonunda aksiyaya dəstək göstərən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın konsert proqramı da keçirildi.