Avropa Şurasının Ekspert Qrupunun (GRETTA) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə keçirilmiş görüşündə İSİM “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda göstərilən tədbirlərin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 MAY 2013

Avropa Şurasının Ekspert Qrupunun (GRETTA) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə keçirilmiş görüşündə İSİM “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda göstərilən tədbirlərin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin 06.02.2009-cu il tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın (2009-2013-cü illər) məqsədi insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Milli Fəaliyyət Planının icrası ilə bağlı Tədbirlər Planının “11ç” bəndinə uyğun olaraq maarifləndirici vəsaitlərin hazırlanması və aidiyyəti üzrə paylanması Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub.

2013-cü il mayın 15-də müvafiq Sərəncama əsasən Milli Fəaliyyət Planında göstərilən tədbirlərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasının Ekspert Qrupunun (GRETTA) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşü keçirildi. Görüşdə İSİM-i Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova təmsil etdi.

A.Rəşidova fəaliyyət çərçivəsində İSİM tərəfindən ölkə ərazisində insan alverinin qarşısının alınması məqsədilə əyani vəsaitlərin hazırlandığını və aidiyyəti üzrə paylanıldığını vurğuladı. 2012-ci il noyabrın 25-də İSİM-in təşkilatçılığı ilə “Park Bulvar” AVM-də “Qadınlara qarşı zorakılığa YOX deyək!” şüarı altında keçirilmiş tədbir barədə geniş məlumat verən A.Rəşidova tədbirin məqsədini açıqladı: “Məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək və bu sahədə maarifləndirmə kampaniyasının aparılması idi.” Tədbirdə əhaliyə İSİM tərəfindən hazırlanmış 2013-cü il üçün təqvim, “İnsan alverinə qarşı birgə mübarizə aparaq!” və “İnsan alveri: bunları bilmək vacibdir!” adlı bukletlər, brelok və digər maarifləndirici vəsaitlərin paylanıldığını nəzərə çatdırıldı. Maarifləndirmə kampaniyasının insanlar tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayan A.Rəşidova tədbirin “Xəzər TV” telekanalı ilə işıqlandırıldığını da bildirdi.