İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2013

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2013-cü il mayın 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ), Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (AbtAssociates), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi və digər təşkilatların nümayəndələri iştirak etdilər. Nümayəndələr təmsil etdikləri təşkilatlar tərəfindən görülən mövcud və yaxın zamanda gerçəkləşdiriləcək işlər barədə ətraflı məlumat verdilər.

“BMT-nin II Qlobal Yol hərəkəti təhlükəsizliyi həftəsi” mövzusunda ÜST-nin Azərbaycan nümayəndəliyinin fövqəladə hallar üzrə hazırlıq və cavab vermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev BMT tərəfindən 2013-cü il mayın 6-12-də “Yol hərəkəti təhlükəsizliyi həftəsi”nin dünyanın 70 ölkəsində, o cümlədən Azərbaycanda da keçirildiyini nəzərə çatdırdı.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev İSİM və “Addım” Yaradıcı Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 31 may – Ümumdünya Tütünsüz Günü ilə əlaqədar “No Smoking” Film Festivalı haqqında məlumat verdi. Festivalın əsas məqsədi diqqəti zərərli vərdişlərdən biri olan tütünçəkmənin əhalinin, xüsusən də gənclərin sağlamlıqlarına mənfi təsir etdiyinə yönəltməkdir. Festivalın şərtlərinə uyğun olaraq, hər bir kəs istənilən janrda qısa xronometrajlı filmlər çəkib müsabiqədə iştirak edə bilər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi Natiq Zülfüqarov hər il mayın üçüncü bazar günündə bütün dünyada olduğu kimi, Azərbaycanda da QİÇS xəstəliyindən dünyasını dəyişənlərin xatirə günü kimi qeyd edilməsinin planlaşdırıldığını bildirdi. Anım günüylə bağlı əhalinin sıx olduğu yerlərdə əsasən təhsil müəssisələrində 2013-cü il mayın 20-də kart test yolu ilə “Könüllü müayinə” keçiriləcək və maarifləndirmə işləri aparılacaq.

İSİM-in direktoru Ceyhun Məmmədov son ay ərzində Mərkəz tərəfindən keçirilən bir sıra önəmli tədbirlər haqqında iştirakçılara qısa məlumat verdi. Aprelin 19-da dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə həyatı, elmi və ictimai fəaliyyətinə dair dəyirmi masanın və mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantının keçirildiyindən söz açdı.

İSİM-in İlkin Səhiyyənin Təşkili şöbəsinin müdiri Lütfi Qafarov “Səhiyyə sisteminin gücləndirilməsi (GAVİ HSS phase 2)” layihəsi barədə məlumat verdi. Layihənin Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans (VİQA), Səhiyyə Nazirliyi və ÜST ilə birgə həyata keçirildiyini nəzərə çatdırdı: “Səhiyyə Nazirliyi “Səhiyyə sisteminin gücləndirilməsi” layihəsinin hazırlanması ilə bağlı VİQA-ya 2007-ci ildə müraciət edib və sifarişin hazırlanmasına dair razılıq alıb. Nazirliyin 2008-ci il 5 fevral tarixli 20 saylı Əmrinə əsasən sifarişin hazırlanması prosesinin əlaqələndirilməsi və ona nəzarət edilməsi vəzifəsi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yerinə yetirilib.” Üç illik layihənin icrasına isə 2012-ci ilin oktyabr ayından başlanılıb.

Sonda təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı.