İSİM-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

10 MAY 2013

İSİM-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantı keçirildi

2013-cü il mayın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantı keçirildi. Toplantıda İSİM, Yasamal rayon İcra Hakimiyyəti və YAP-ın nümayəndələri iştirak etdilər.

Mərkəzin foyesində ulu öndərə həsr olunmuş stendin önünə əklil və gül dəstələri qoyularaq ümummilli liderin əziz xatirəsi yad edildi. Toplantı iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov ulu öndərin xalq, dövlət qarşısında misilsiz xidmətlərindən söz açdı. O, öz çıxışında Heydər Əliyevin qoyduğu yol və inkişaf strategiyası bu gün də uğurla ölkə Prezidentimiz tərəfindən davam etdirildiyini xüsusilə vurğuladı.

İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Aris Rüstəmov ulu öndərin səhiyyədə apardığı misilsiz islahatlardan bəhs etdi: “Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində müasir tibbi xidmət şəbəkəsi yaradılmışdır.”

Yasamal rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov və Yasamal rayon Qadın Şurasının sədr müavini Sədaqət Xudiyeva çıxışlarında Heydər Əliyevin xoş xatirəsini ehtiramla yad etdilər. Məruzəçilər Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyətinin nəsillər üçün böyük bir məktəb olduğunu, onun dərin yaddaşı, məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxma bacarığı, intellektual gücü, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti barədə hələ çox tədqiqatların aparılacağını nəzərə çatdırdılar.

İSİM-in əməkdaşı Vüsal Bayramov Heydər Əliyevin həyatı, siyasi və ictimai fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxundu: “Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində ölkəmizin daim tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.”

YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin siyasi bacarığından və iradəsindən söz açdı. Y.Vəliyeva Heydər Əliyevin dərin, universal biliyə, qətiyyətə, işgüzarlığa, qeyri-adi yaddaşa, tükənməz səbrə, uzaqgörənliyə, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətinə, müdrikliyə, ən böyük siyasətçi keyfiyyətlərinə sahib olduğundan və mahir diplomat kimi fəaliyyətindən bəhs etdi.

Tədbirin sonunda Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı siyasi və ictimai fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.