• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUL 2012

Astanada qeyri-infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizənin yaxşılaşdırılması məqsədilə ictimai səhiyyə xidmətlərinin gücləndirilməsi məsələləri üzrə Strateji dialoq keçirildi

​Dünya ictimaiyyətinin qeyri-infeksion xəstəliklər (QİX) probleminə qarşı diqqəti görünməmiş səviyyəyə çatıb, bunu çoxsaylı qlobal və regional tədbirlər və təşəbbüslər göstərir. Xəstəliklərin və ölüm hallarının böyük hissəsi QİX-in əsas kateqoriyalarının, xüsusilə ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki respirator xətəliklərinin üzərinə düşür.

2012-ci il iyunun 27-29-da Qazaxıstanın Astana şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu Qazaxıstanın Səhiyyə Nazirliyinin dəstəyi ilə qeyri-infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizənin yaxşılaşdırılması məqsədilə ictimai səhiyyə xidmətlərinin gücləndirilməsi məsələləri üzrə Strateji dialoqu həyata keçirdi.

Strateji dialoqun məqsədi keçmiş Sovet ölkələrinin QİX-in profilaktikası və ona qarşı mübarizəyə yönəldilmiş ictimai səhiyyə xidmətlərində islahatlar keçirilməsi təcrübəsinin müzakirəsindən ibarət idi. Xroniki xəstəliklərdən əziyyət çəkən insanların tələbatlarına daha effektiv və sosial baxımdan ədalətli cavab tədbirlərinin təmin edilməsi məqsədilə ictimai səhiyyə xidmətləri daxil olmaqla səhiyyə sisteminin möhkəmləndirilməsi yeni Avropa səhiyyə siyasəti olan Sağlamlıq-2020 və 2013-2020-ci illər üçün QİX üzrə Qlobal fəaliyyət planının layihəsinin əsas məqsədlərindən biridir.

Görüşdə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Azərbaycan nümayəndələri iştirak etdilər. Azərbaycan nümayəndələri qismində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov, İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, ÜST-nin psixi sağlamlıq sahəsi üzrə texniki konsultantı Sevil Əsədova iştirak etdilər.

Strateji dialoq yeni müstəqil dövlətlərin (YMQ) iş şəbəkəsinin başlanğıcı olacaq, həmçinin Türkmənistanda ilin sonunda keçiriləcək yüksək səviyyəli Müşavirə üçün birgə bəyanatın hazırlanmasına başlamağa imkan yaradacaq.