İSİM-də “Səhiyyə etikasına giriş” mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 İYUN 2012

İSİM-də “Səhiyyə etikasına giriş” mövzusunda təlim keçirildi

2012-ci il iyunun 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə etikasına giriş” mövzusunda Mərkəzin həkim heyəti, hüquqşünas və digər əməkdaşları üçün təlim keçirildi. Təlim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən AbtAssociates təşkilatının nümayəndəsi Ayla Aləsgərova tərəfindən aparıldı.

Təlimin əsas məqsədləri etikanın tarix və inkişafı haqqında anlayışa sahib olmaq, əsas beynəlxalq və yerli qanunvericiliyi bilmək, səhiyyə etikasının 4 əsas prinsipini anlamaqdan ibarət idi.

Təqdimat zamanı təlimçi bəyannamələrin əsas məqamlarını iştirakçıların nəzərinə çatdırdı. A.Ələsgərova YUNESKO-nun 2005-ci ildə qəbul etdiyi “Bioetika və İnsan Hüquqları Bəyannəməsi”ndən irəli gələn əsas məqamı xüsusilə vurğuladı: “Şəxsin maraqları və rifahı bütövlükdə elmin və cəmiyyətin maraqlarından daha əvvəl gəlir”. Təlimçi etikanın əsas prinsiplərini – müstəqillik (avtonomiya), zərər verməmə, faydalılıq və ədaləti qeyd edərək bir sıra nümunələri iştirakçıların nəzərinə çatdırdı. Daha sonra iştirakçılar Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn 41-ci maddə - sağlamlığın qorunması hüququ, və Azərbaycanda Səhiyyə Qanunvericiliyi ilə tanış oldular.

Təlimin birinci hissəsinin sonunda qruplar arasında müzakirələr aparıldı. Müzakirələr zamanı bir sıra suallar yarandı və təlimçi nümunələrə əsaslanaraq sualları cavablandırdı.

Təlimin ikinci hissəsində “Məlumatlı razılıq” mövzusunda təqdimat keçirildi. Bu təqdimatın əsas məqsədlərini səhiyyə sahəsində paternalizmi və məlumatlı razılığı anlamaq, hansı hallarda razılığın tələb olunduğunu və razılığın növlərini bilmək, uşaqların və yaşlı insanların razılığı təşkil edirdi. A.Ələsgərova səhiyyə sahəsində paternalist yanaşmanın xüsusiyyətləri haqqında bəhs etdi, belə ki, paternalizm yetkin şəxslərin şəxsi həyatları ilə bağlı özbaşına qərar vermələrini inkar edir.

Daha sonra Etika komitəsinin rolu haqqında iştirakçılara məlumat verildi.

Sonda təlim iştirakçıları keçilən materialı möhkəmləndirmək üçün təqdim olunmuş sualları cavablandırdılar.